...

Kayseri və Kiyev arasında birbaşa aviareys açılacaq

Dünya xəbərləri Materials 30 İyul 2018 02:14 (UTC +04:00)
Tarixi İpək Yolunun ticarət yollarının kəsişməsində yerləşən Türkiyənin Kayseri şəhəri və Ukraynanın paytaxtı Kiyev arasında birbaşa aviareys yerinə yetiriləcək.
Kayseri və Kiyev arasında birbaşa aviareys açılacaq

Bakı. Trend:

Tarixi İpək Yolunun ticarət yollarının kəsişməsində yerləşən Türkiyənin Kayseri şəhəri və Ukraynanın paytaxtı Kiyev arasında birbaşa aviareys yerinə yetiriləcək.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, uçuşlar həftədə bir dəfə yerinə yetiriləcək.

Şəhərin bələdiyyə başçısı Mustafa Çelikin sözlərinə görə, şəhərdə turizmin inkişafının effektivliyinin artırılması üzrə işlər çərçivəsində Ukraynanın 15 aparıcı turoperatoru ilə görüş keçiriib.

Görüşün yekununda Kiyevdən Kayseriyə reyslərin həyata keçirilməsinə dair razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti