Bakı. Trend:
Kosta-Rika sahil mühafizə xidməti uğurlu əməliyyat keçirib. Trend-in məlumatına görə, xidmət 2 tona yaxın kokaini daşıyan gəmini saxlayıb.
Bildirilir ki, əməliyyat ABŞ tərəfindən ötürülmüş informasiya əsasında keçirilib.
Gəmi Sakit okean sularında saxlanılıb.
Əməliyyat zamanı 3 ekipaj üzvü də saxlanılıb. Saxlanılanların hamısının Kolumbiya vətəndaşları olduğu bildirilir.