...

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı vəfat edib

Dünya xəbərləri Materials 12 Avqust 2018 12:34 (UTC +04:00)
86 yaşına 6 gün qalmış məşhur yazıçı Vidiadxar Naypol vəfat edib
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı vəfat edib

Bakı. Tural Turan - Trend:

86 yaşına altı gün qalmış məşhur yazıçı Vidiadxar Naypol vəfat edib. Trend-in məlumatına görə, yazıçının həyat yoldaşının yaydığı məlumatda Naypolun ailəsinin yanında vəfat etdiyi bildirilib.

Naypol 1932-ci ildə Trinidad və Tobaqoda anadan olub. 1971-ci ildə “Asılmış vəziyyətdə” (In a Free State) əsərinə görə Buker mükafatını qazanıb. Daha sonra həmin əsər onilliyin ən yaxşı əsər siyahısına əlavə edilib.

2001-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti