...

Rusiyada ilk qar yağdı

Dünya xəbərləri Materials 3 Sentyabr 2018 11:42 (UTC +04:00)
Rusiyanın Kemerovo vilayətində ilk qar yağıb
Rusiyada ilk qar yağdı

Bakı. Trend:

Rusiyanın Kemerovo vilayətində ilk qar yağıb.

Trend-in məlumatına görə, bölgədə havanın kəskin soyuması qeydə alınıb.

Belə ki, temperatur 23 dərəcədən 7 dərəcəyədək düşüb. Kemerovoda ilk qarın hər il sentyabrın 15-dən sonra yağdığı qeyd olunur.

Səhər saatlarında temperatur bir qədər yüksəldikdən sonra qar əriyib. Bölgədə daimi qar örtüyü oktyabr ayından əmələ gəlməyə başlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti