...

Ərdoğan: Türkiyə Suriyada o vaxta qədər qalacaq ki...

Dünya xəbərləri Materials 7 Sentyabr 2018 17:53 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Suriyadakı mövcudluğunu bu ölkədə sülh bərpa olunanadək davam etdirəcək.

Trend-in məlumatına görə, bu sözləri Tehranda İran, Rusiya və Türkiyə prezidentlərinin üçtərəfli görüşü zamanı Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan İdlib əyalətində vəziyyətin çox ağır olduğunu deyib və buranın bombalanmasını dayandırmağa çağırıb:

“İdlib təkcə Suriyanın gələcəyi üçün yox, bütün regionda sülh, eləcə də Türkiyənin sabitliyi və təhlükəsizliyi üçün vacibdir. Suriyada sülh bərqərar olunanadək Türkiyə burada mövcudluğunu davam etdirəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti