...

Hindistan Rusiyadan 4 freqat almağa hazırlaşır

Dünya xəbərləri Materials 17 Sentyabr 2018 09:47 (UTC +04:00)
Hindistan hökuməti Rusiyadan 4 yeni freqat alınması üçün bu ölkə ilə saziş imzalamağı düşünür.
Hindistan Rusiyadan 4 freqat almağa hazırlaşır

Bakı. Trend:

Hindistan hökuməti Rusiyadan 4 yeni freqat alınması üçün bu ölkə ilə saziş imzalamağı düşünür. Trend-in məlumatına görə, hökumətin bu barədə qərarı Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulub və artıq sazişin detalları üzərində iş aparılır.

Freqatların tədarükü ilə bağlı sazişin imzalanması isə oktyabrda Hindistanın Baş naziri Narendra Modi və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə sammitdə olacaq.

Sazişin ümumi dəyərinin 2,2 milyard dollar təşkil etdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti