...

Özbəkistanda avtobusda qaz balonu partladı - Ölənlər var

Dünya xəbərləri Materials 18 Sentyabr 2018 11:33 (UTC +04:00)
Özbəkistanın Buxara şəhəri yaxınlığında avtobusda qaz balonu partlayıb
Özbəkistanda avtobusda qaz balonu partladı - Ölənlər var

Bakı. Trend:

Özbəkistanın Buxara şəhəri yaxınlığında avtobusda qaz balonu partlayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 5 nəfər həlak olub, daha 21 nəfər isə xəsarət alıb.

Xəsarət alanlarda 5 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hadisə zamanı avtobusda 28 nəfər olub. 4 nəfər hadisə yerində həlak olub, bir nəfər xəstəxanaya çatdırıldıqdan sonra vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti