...

Türkiyə XİN rəhbəri Fransaya səfər edəcək

Dünya xəbərləri Materials 29 Sentyabr 2018 23:15 (UTC +04:00)
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu sentyabrın 30-u Fransaya səfər edəcək
Türkiyə XİN rəhbəri Fransaya səfər edəcək

Bakı. Əli Qasımov - Trend:

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu sentyabrın 30-u Fransaya səfər edəcək.

Trend-in Türkiyə XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, M.Çavuşoğlunun səfəri onun fransalı həmkarı Jan-İv Le Drianın dəvəti ilə baş tutacaq.

XİN rəhbərləri görüş zamanı ikitərəfli münasibətləri, regional gündəliyin aktual məsələlərini, xüsusilə Suriyadakı vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti