Bakı. Trend:
Rusiyanın İrkutsk vilayətində "Robinson" vertolyotu çaya düşüb.
Trend-in məlumatına görə, hadisə nəticəsində iki nəfər ölüb.
Hazırda ərazidə işləyən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri meyitləri sahilə çıxarmaqla məşğuldurlar.
Qəzaya ilkin səbəb kimi helikopterin elektrik ötürücü xətlərə ilişməsi göstərilir.
Vertolyotun "Vitim" qızıl hasilatı artelinə məxsus olduğu deyilir.