Bakı. Trend:
Fransanın paytaxtı Parisin mərkəzi küçələrindən biri olan "V Georq" küçəsində atışma baş verib.
Trend-in məlumatına görə, naməlum şəxslər sürücünün və sərnişinin olduğu avtomobili atəşə tutublar. Hadisə nəticəsində 2 nəfər yaralanıb. Yaralılar hadisə yerinə gələn tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb. Onların vəziyyəti ağırdır.
Atəş açan şəxslər hadisə yerindən qaçıb. Faktla bağlı araşdırmaya başlanılıb.
Bilidrilir ki, atışma baş verən küçədə "V Georq", "Uels şəhzadəsi" otelləri, kilsə və Çin səfirliyi yerləşir.