Bakı. Elnur Bağışov - Trend:
Tehranda mikroavtobusun iştirakı ilə zəncirvari qəza olub.
Trend-in məlumatına görə, Van markalı sərnişin avtobusu 20 avtomobilə və elektrik dayağına çırpılıb.
Tehran yanğınsöndürmə qurumunun sözçüsü Calal Məlikinin sözlərinə görə, hadisə qaz yanacaq doldurma məntəqəsi qarşısında baş verib.
Hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Yaralıların vəziyyətinin ağır olduğu deyilir.