...

Paris Xaşkacinin öldürülməsinin ətraflı araşdırılmasını tələb edir

Dünya xəbərləri Materials 21 Oktyabr 2018 03:23 (UTC +04:00)
Paris jurnalist Camal Xaşkacinin öldürülməsinin ətraflı araşdırılmasını tələb edir
Paris Xaşkacinin öldürülməsinin ətraflı araşdırılmasını tələb edir

Bakış. Trend:

Paris jurnalist Camal Xaşkacinin öldürülməsinin ətraflı araşdırılmasını tələb edir.

Trend-in məlumatına görə, bu barədə Fransa xarici işlə naziri Jan-İv Le Drianın nazirliyin Twitter hesablında yerləşdirilən bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Camal Xaşkacinin öldürülməsinin təsdiq edilməsi həqiqətin müəyyən edilməsi istiqamətində ilk addımdır. Bir çox sual cavabsız qalır. C.Xaşkacinin qətli ilə bağlılığı olanların cavab vermələri üçün suallar qəti və ətraflı araşdırma tələb edir".

Onun sözlərinə görə, Fransa Səudiyyə Ərəbistanı hökumətindən bu istiqamətdə işlər gözləyir: "Bu gözləntilər bizim ölkələrin səmimilik, tələbkarlıq və şəffaflıq tələb edən strateji tərəfdaş olması fonunda daha da güclənir".

Bundan əlavə XİN rəhbəri C.Xaşkacinin ailəsinə və yaxınlarına başsağlığı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti