Bakı. Trend:
Norveçin Bergen şəhərində "World Cheese Awards" beynəlxalq pendir konkursu keçirilib.
Trend-in məlumatına görə, konkursda 41 ölkədən 3742 çeşid pendir təqdim edilib.
Dünyanın ən yaxşı pendiri adına Norveçin "Fanaust" (Fanaost) pendiri layiq görülüb. Konkursda ikinci yeri Norveçin "Helfeyt" (Helfeit) pendiri tutub.
İtaliya, İsveçrə, Fransa, Almaniya kimi "pendir" dövlətləri konkursda çox sayda müxtəlif çeşidli pendirlər tədim ediblər. Lakin konkursda ən çox pendir təqdim edən ölkə Norveç olub - 175 çeşid.