Bakı. Trend:
Əbu-Dabi əmirliyinin hakimiyyəti vətəndaşlara 18,3 milyard BƏƏ dirhəmi (5 milyard dollar) məbləğində iqtisadi yardım ayırıblar.
Trend-in məlumatına görə, yardım ölkənin əsasının qoyulmasının 47-ci ildönümü münasibəti ilə ayırılıb.
Yardım üçün ayırılan vəsaitə mənzil almaq üçün kreditlər, hazır evlər və tikinti üçün torpaq sahələri daxildir. Gözlənilir ki, yardımdan 12 mindən çox insanın faydalana biləcək.
Əbu-Dabi Əmirliyinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bildirib ki, bu addım "sosial sabitliyin və vətəndaşların layiqli yaşayışının təmin olunmasına" yönəlib.