...

Fransa XİN rəhbəri Trampı ölkənin daxili işlərinə qarışmamağa çağırıb

Dünya xəbərləri Materials 10 Dekabr 2018 01:12 (UTC +04:00)
Fransanın xarici işlər naziri Jan-İv Le Drian ABŞ-prezidenti Donald Trampı fransızların həyatına müdaxilə etməməyə çağırıb.
Fransa XİN rəhbəri Trampı ölkənin daxili işlərinə qarışmamağa çağırıb

Bakı. Trend:

Fransanın xarici işlər naziri Jan-İv Le Drian ABŞ-prezidenti Donald Trampı fransızların həyatına müdaxilə etməməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə nazir LCI telekanalına deyib.

"Mən də, Fransa prezidenti də Donald Trampa deyirik ki, biz Amerika debatlarında iştirak etmirik, icazə verin biz öz millətimizin həyatı ilə məşğul olaq", deyə Le Drian bildirib.

Qeyd edək ki, şənbə günü Tramp "Tvitter" şəbəkəsində yazıb ki, Fransada siyasi böhranı İqlim üzrə Paris sazişindən imtına etməklə və bu sənəd çərçivəsində ödənilən pulları insanlara qaytarmaqla həll etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti