Bakı. Tural Turan - Trend:
İndoneziyanın Papua əyalətində 5,9 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, zəlzələ yerli vaxtla saat 09:42-də baş verib.
Zəlzələnin episentri Abepur şəhərindən 162 km cənubda, ocağı isə 80 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.