Bakı. Tural Turan - Trend:
Uqandanın şərqində yol qəzası nəticəsində avtobus uçurumdan düşüb. Trend-in məlumatına görə, azı 19 nəfər ölüb, daha 6 nəfər isə xəsarət alıb.
Hadisə Kapçorva rayonunda baş verib. Polis nümayəndəsi sürücünün idarəetməni itirməsi və bunun nəticəsində avtobusn düşməsi barədə məlumat verib.
Xəsarət alanlar xəstəxanaya çatdırılıb.