...

Bollivud aktyoru Kader Khan vəfat edib

Dünya xəbərləri Materials 1 Yanvar 2019 20:16 (UTC +04:00)
Hindistanın tanınmış aktyoru Kader Khan 81 yaşında vəfat edib.
Bollivud aktyoru Kader Khan vəfat edib

Bakı. Trend:

Hindistanın tanınmış aktyoru Kader Khan 81 yaşında vəfat edib.

Trend-in məlumatına görə, aktyorun ölümünə səbəb ağır xəstəlik olub. O, Kanadada klinikaların birində ölüb.

Kader Khan Bollivudun 1970-1990-cı illərdə ən tanınmış aktyorlarından biri olub. Aktyor 300-dən çox filmdə çəkilib, həmçinin ssenarist və dialoqlar müəllifi kimi də işləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti