...

Fransada 18 avtomobilin iştirakı ilə qəza olub, xəsarət alanlar var

Dünya xəbərləri Materials 6 Yanvar 2019 04:22 (UTC +04:00)
Fransanın Jironda departamentində 18 avtomobilin iştirakı ilə yol qəzası baş verib
Fransada 18 avtomobilin iştirakı ilə qəza olub, xəsarət alanlar var

Bakı. Trend:

Fransanın Jironda departamentində 18 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse" xilasedici xidmətlərdəki mənbələr bildirib.

Məlumata əsasən, 13 minik avtomobili və 5 yük maşının toqquşması nəticəsində 8 nəfər xəsarət alıb. Xəsarət alanlar arasında 4 yaşlı uşaq da olub.

Bildirilir ki, qəza yolun buz bağlaması səbəbindən baş verib.

Xəbər lenti

Xəbər lenti