...

Moskva aeroportlarında bomba həyəcanı

Dünya xəbərləri Materials 14 Yanvar 2019 13:05 (UTC +04:00)
Rusiyanın paytaxtı Moskvada Vnukovo hava limanında polis yoxlama aparır
Moskva aeroportlarında bomba həyəcanı

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada Vnukovo hava limanında polis yoxlama aparır.

Trend-in məlumatına görə, buna aeroport ərazisində bomba qoyulması barədə anonim zəng səbəb olub.

Qeyd olunur ki, hazırda hava limanının bütün ərazisində xüsusi itlərin vasitəsilə axtarış davam etdirilir.

Bununla belə, aeroport rəhbərliyi təxliyənin planlaşdırılmadığını, hava limanının adi rejimdə işini davam etdirdiyini bildirib.

Eyni zamanda, Domodedovo və Şeremetyevo hava limanlarına analoji anonim zənglərin daxil olduğu deyilir.

Hər üç aeroportda axtarışlar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti