Bakı. Tural Turan - Trend:
Kolumbiyanın paytaxtı Boqota şəhərində baş verən partlayış nəticəsində daha əvvəl 54 nəfərin xəsarət aldığı bildirilirdi.
Trend-in məlumatına görə, hazırda xəsarət alanların sayı 65-ə çatıb. Hadisə nəticəsində 10 nəfər ölüb.
Xatırladaq ki, cümə axşamı səhər partlayıcı dolu avotomobil Kolumbiyanın Milli Polis Akademiyası binasının divarı ilə toqquşub.