...

Saxalində 19 məktəb təxliyə edildi - Bomba xəbəri

Dünya xəbərləri Materials 24 Yanvar 2019 09:42 (UTC +04:00)
Səhər saatlarında Cənubi Saxalində 19 məktəb "bomba həyəcanı" ilə təxliyə edilib.
Saxalində 19 məktəb təxliyə edildi - Bomba xəbəri

Bakı. Trend:

Səhər saatlarında Cənubi Saxalində 19 məktəb "bomba həyəcanı" ilə təxliyə edilib.

Trend-in məlumatına görə, məktəblərə partlayıcı qurğuların yerləşdirilməsi barədə anonim xəbər elektron poçt vasitəsilə daxil olub. Vilayət rəhbərliyi saat 9.23-də xəbəri alan kimi 19 məktəbdə dərslərin dayandırılması və təxliyə barədə qərar qəbul edib.

Məlumata görə, meriya və bir neçə xəstəxana da təxliyə edilib.

Bu saata olan məlumata görə, operativ yoxlamalar aparılmış 13 məktəbdə heç bir partlayıcı qurğu aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti