...

“Aeroflot” hava şəraitinə görə 131 reysi ləğv edir

Dünya xəbərləri Materials 26 Yanvar 2019 09:00 (UTC +04:00)
“Aeroflot” aviaşirkəti əlverişsiz hava şəraitinə görə yanvarın 26 və 27-də 130-dan çox reysi ləğv edib.
“Aeroflot” hava şəraitinə görə 131 reysi ləğv edir

Bakı. Trend:

“Aeroflot” aviaşirkəti əlverişsiz hava şəraitinə görə yanvarın 26 və 27-də 130-dan çox reysi ləğv edib. Trend-in məlumatına görə, aviaşirkətin məlumatında yanvarın 26-da 68 reysin, 27-də isə daha 63 reysin ləğv ediləcəyi bildirilir.

Moskvadan London, İstanbul, Buxarest, Roma, Milan, Helsinki, Tallinn və geriyə, habelə Avropanın və Rusiyanın digər şəhərlərinə olan reyslər dayandırılıb.

Meteoroloqların proqnozuna görə, yanvarın 26-28 yanvar tarixlərində Moskvada davamlı qar yağacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti