...

Bişkek- Moskva reysi yubanır - "Bomba var" dedilər...

Dünya xəbərləri Materials 5 Fevral 2019 16:35 (UTC +04:00)
Bişkekdən Moskvaya uçan sərnişin təyyarəsi aeroporta partlayıcı qurğu qoyulması ilə bağlı anonim xəbər səbəbindən ləngiyib.
Bişkek- Moskva reysi yubanır - "Bomba var" dedilər...

Bakı. Trend:

Bişkekdən Moskvaya uçan sərnişin təyyarəsi aeroporta partlayıcı qurğu qoyulması ilə bağlı anonim xəbər səbəbindən ləngiyib.

Trend-in məlumatına görə, hazırda "Aeroflot"un sərnişinləri təyyarənin göyərtəsindədirlər və aeroportdan havaya qalxa bilmirlər.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 15:00-da Qırğızıstanın Manas aeroportuna partlayıcı qurğu yerləşdirilməsi barədə hüquq-mühafizə orqanlarına anonim məlumat daxil olub.

Anonim zəngdən dərhal sonra hava limanında sərnişinlər və işçi heyət təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti