...

Tramp və Kim Çen Inın ikinci görüşünün keçiriləcəyi yer məlum oldu

Dünya xəbərləri Materials 9 Fevral 2019 05:19 (UTC +04:00)
ABŞ və Koreya Xalq Demokratik Respublikasının iderləri Donald Tramp və Kim Çen Inın ikinci görüşü 27-28 fevral tarixlərində Hanoyda keçiriləcək
Tramp və Kim Çen Inın ikinci görüşünün keçiriləcəyi yer məlum oldu

Bakı. Trend:

ABŞ və Koreya Xalq Demokratik Respublikasının iderləri Donald Tramp və Kim Çen Inın ikinci görüşü 27-28 fevral tarixlərində Hanoyda keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

D.Tramp bildirib: "Mənim nümayəndələrim çox səmərəli görüşdən və mənim Kim Çen Inlar ikinci sammitimin yeri və vaxtının razılaşdırımasından sonra Şimali Koreyanı tərk ediblər. Görüş 27 və 28 fevral tarixlərində Vyetnamın Hanoy şəhərində baş tutacaq".

ABŞ prezidenti əlavə edib ki, KXDR Dövlət Şurasının sədri Kim Çen In ilə görüşü və sülh işinin irəlilədilməsini səbirsizliklə gözləyir.

Xəbər lenti

Xəbər lenti