...

Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 165-ə çatıb

Dünya xəbərləri Materials 10 Fevral 2019 23:25 (UTC +04:00)
Braziliyanın Minas-Jerays ştatında bəndin dağılması nəticəsində ölənlərin sayı 165 nəfərə çatıb
Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 165-ə çatıb

Bakı. Trend:

Braziliyanın Minas-Jerays ştatında bəndin dağılması nəticəsində ölənlərin sayı 165 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə "UOL" xəbər portalı Minas-Jerays ştatının mülki müdafiə xidmətinə stinadən xəbər verir. Daha əvvəl 157 nəfərin öldüyü bildirilirdi.

Bildirilir ki, həlak olanlardan 156-nın kimliyi müəyyən edilib. Daha 160 nəfər itkin düşmüş sayılır.

Qeyd edək ki, yanvarın 25-i Braziliyanın Minas-Jerays ştatında "Vale" şirkətinin metallurgiya sənayesinin tullantılarının olduğu suyu saxlayan bənd dağılıb.

Xəbər lenti

Xəbər lenti