...

Fransanın Baş naziri təcili iclas çağırdı - Notr-Dama görə

Dünya xəbərləri Materials 16 Aprel 2019 14:21 (UTC +04:00)
Fransanın Baş naziri Eduar Filipp hökumətin iclasını keçirir.
Fransanın Baş naziri təcili iclas çağırdı - Notr-Dama görə

Bakı. Trend:

Fransanın Baş naziri Eduar Filipp hökumətin iclasını keçirir. Trend-in məlumatına görə, iclas Notr-Dam kilsəsinin yanğından sonra bərpası işlərin həsr olunub.

İclasda Fransanın mədəniyyət naziri Frank Riester, Daxili İşlər Nazirliyinin dövlət katibi Loran Nunes və digər rəsmilər iştirak edirlər.

Qeyd edək ki, Fransanın paytaxtı Parisin Notr-Dam kilsəsində güclü yanğın olub. Nəticədə kilsə üzərindəki qüllənin bir hissəsi aşıb, məbədin saatı yanaraq məhv olub. Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edib. Binanın böyük hissəsi dağılıb.

Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti