...

İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi - Bomba həyəcanı

Dünya xəbərləri Materials 23 May 2019 19:09 (UTC +04:00)
İspaniyanın “Vueling” aviaşirkətinin təyyarəsi Barselona hava limanında məcburi eniş edib
İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi - Bomba həyəcanı

Bakı. Trend:

İspaniyanın “Vueling” aviaşirkətinin təyyarəsi Barselona hava limanında məcburi eniş edib.

Trend-in məlumatına görə, buna səbəb göyərtəyə bomba qoyulması ilə bağlı xəbərdarlıq olub.

Qeyd olunur ki, təyyarə Parisdən İbisa kurortuna uçuş həyata keçirirmiş.

Təyyarə eniş etdikdən sonra sərnişinlər və heyət üzvləri təxliyə olunub vıə təyyarədə axtarış aparılıb.

Xəbərdarlığın əsassız olduğu məlum olub. Hazırda məlumatın mənbəyi ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti