...

Bali adasında vulkan püskürüb: uçuşlar dayandırılıb

Dünya xəbərləri Materials 25 May 2019 02:40 (UTC +04:00)
Mayın 24-ü Bali adasında "Aqunq" vulkanı püskürməyə başlayıb, bu da aviasiya nəqliyyat əlaqəsində fasili yaranmasına səbəb olub
Bali adasında vulkan püskürüb: uçuşlar dayandırılıb

Bakı. Trend:

Mayın 24-ü Bali adasında "Aqunq" vulkanı püskürməyə başlayıb, bu da aviasiya əlaqəsində fasilənin yaranmasına səbəb olub.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.

Püskürmə təxminən beş dəqiqəyə qədər davam edib, lakin bu vaxt ərzində kifayət qədər kül və lava püskürüb.

"Denpasar" Beynəlxalq Hava Limanı həmin gün bir neçə uçuşu ləğv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti