...

Braziliya prezidenti Neymarı dəstəkləyib

Dünya xəbərləri Materials 6 İyun 2019 00:28 (UTC +04:00)
Braziliya prezidenti Jair Bolsonaru zorlamada ittiham edilən futbol üzrə milli yığmanın hücumçusu Neymarı dəstəkləyib
Braziliya prezidenti Neymarı dəstəkləyib

Bakı. Trend:

Braziliya prezidenti Jair Bolsonaru zorlamada ittiham edilən futbol üzrə milli yığmanın hücumçusu Neymarı dəstəkləyib.

Trend-in məlumatına görə, J.Bolsonaru jurnalistlərlə görüş zamanı bu gün keçiriləcək oyundan öncə Neymarı qucaqlaya biləcəyəni ümid etdiyini bildirib:

"Hazırda onun üçün çətindir, amma mən ona inanıram. Bu gün axşam biz Neymarı dəstəkləyəcəyik ki, o, iki qol vursun".

Qeyd edək ki, mayın 31 Braziliyanın Santu-Amaru şəhərində (San-Paulu ştatı) adı çəkilməyən xanım Neymarı zorlamada ittiham edib. O bildirib ki, Neymarla "İnstagram"da tanış olub və futbolçunun dəvəti ilə Parisə gedib. Onun sözlərinə görə, cinayət mayın 15-i Parisdə baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti