...

İsveçdə PARTLAYIŞ - 19 yaralı

Dünya xəbərləri Materials 7 İyun 2019 13:36 (UTC +04:00)

Bakı. Trend:

İsveçin Linçepinq şəhərində güclü partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində 19 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağır qiymətləndirilir.

Hadisə yerli vaxtla səhər saat 9-da qeydə alınıb.

Partlayışın hansı səbəbdən baş verməsi və insidentlə bağlı başqa təfərrüatlar hələ açıqlanmayıb.

Hadisə yerində polis və xilsaedicilər işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti