...

Kimya müəssisəsində qazdan zəhərlənmə - 5 ölü

Dünya xəbərləri Materials 23 İyul 2019 09:46 (UTC +04:00)

Bakı. Trend:

Çinin şimal vilayətində "Great Wall Biochemical Engineering" biokimya şirkətinin ərazisində qazdan zəhərlənmə baş verib.

Trend-in məlumatına görə, nəticədə 5 nəfər ölüb, daha 4 nəfər zəhərlənib.

Məlumata görə, hadisə fəhlələr müəssisədə su çənlərini təmizləyərkən baş verib.

Zəhərlənənlərin hamısı xəstəxanaya çatdırılıb.

İnsidentin hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələ məlum deyil. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti