...

İranda "Heris" İES istismara verildi

Dünya xəbərləri Materials 1 Avqust 2019 10:48 (UTC +04:00)
İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Heris rayonunda Heris İstilik Elektrik Stansiyasının qazla çalışan hissəsi istismara verilib.
İranda "Heris" İES istismara verildi

Bakı. Elnur Bağışov - Trend:

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Heris rayonunda "Heris" İstilik Elektrik Stansiyasının qazla çalışan hissəsi istismara verilib.

Trend-in məlumatına görə, bunu İranın Energetika Nazirliyi bildirib.

Məlumata görə, stansiyanın qazla çalışan hissəsi 310 meqavat, buxarla çalışan hissəsi isə 180 meqavatlıqdır.

Energetika Nazirliyinin məlumatına görə, "Heris" İES-nə 239,8 milyon avro vəsait xərclənib. Onun 4,8 milyon avrosu və 21 trilyon rialı (təxminən 175 milyon dollar) özəl sektorun investisiyasıdır.

Stansiyanın buxar hissəsi gələn il elektrik istehlakında pik vaxt başlanana qədər istismara veriləcək.

Stansiyanın açılış mərasiminə İran Prezidenti Həsən Ruhani də qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti