...

Ərdoğan: Bizə dəstək göstərməsəniz, qaçqınlar üçün Avropaya qapıları açacağıq

Dünya xəbərləri Materials 5 Sentyabr 2019 14:04 (UTC +04:00)
Türkiyə Qərbdən zəruri dəstək görmədiyi təqdirdə qaçqınlar üçün Avropaya qapıları açmağa hazırdır
Ərdoğan: Bizə dəstək göstərməsəniz, qaçqınlar üçün Avropaya qapıları açacağıq

Bakı. Trend:

Türkiyə Qərbdən zəruri dəstək görmədiyi təqdirdə qaçqınlar üçün Avropaya qapıları açmağa hazırdır.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Qərb Türkiyəyə Suriyada təhlükəsizlik zonasının yaradılması məsələsində kömək etməlidir:

“Ya siz bizə təhlükəsizlik zonası məsələsində dəstəkləməlisiniz, ya da biz sərhəd keçidlərimizi açmaq məcburiyyətində qalacağıq. Ya siz bizə kömək edirsiniz, ya da heç kim atdığı addıma görə peşman olmamalıdır. Biz 1 milyon qaçqını təhlükəsizlik zonasında yerləşdirmək istərdik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti