Bakı. Trend:
ABŞ-ın Cənubi Karolina və Corciya ştatlarında 220 mindən çox sakin elektrik enerjisiz qalıb. Trend-in məlumatına görə, elektrik enerjisində problem ABŞ-da tüğyan edən "Dorian" qasırğası üzündən yaranıb. Qasırğa güclü külək və yağışla müşayiət olunur.
Hazırda elektrik enerjisinin verilişinin bərpa edilməsi üzərində operativ iş aparılır.
Qeyd edək ki, qasırğa səbəbindən ABŞ-ın Florida, Corciya, Cənubi və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət elan olunub.