Bakı. Trend:
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) il ərzində ikinci dəfə faiz dərəcəsini aşağı salıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, sentyabrın 17-18-də keçirilən iclasın nəticələrinə əsasən illik baza faiz dərəcəsi 2-2,5 faizdən 1,75-2 faizə salınıb.
Bundan əlavə, ABŞ FES 2019-cu ildə inflyasiya üzrə proqnozunu 1,8 faiz dərəcəsində saxlayıb.