...

ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edib

Dünya xəbərləri Materials 23 Oktyabr 2019 23:09 (UTC +04:00)
Vaşinqton, Ankaranın Suriyanın şimal-şərqində başlatdığı hərbi əməliyyatla əlaqədar Türkiyəyə tətbiq edilən sanksiyaları ləğv edib
ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Vaşinqton, Ankaranın Suriyanın şimal-şərqində başlatdığı hərbi əməliyyatla əlaqədar Türkiyəyə tətbiq edilən sanksiyaları ləğv edib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü ABŞ prezidenti Donald Tramp elan edib.

Vaşinqton administrasiyasının rəhbəri deyib: "Mən, maliyyə naziri Stiven Mnuçinə oktyabrın 14-də tətbiq olunan bütün sanksiyaların ləğvinə dair göstəriş verdim".

Eyni zamanda, ABŞ-ın lideri Türkiyənin Suriyadakı addımlarından razı qalmadıqları təqdirdə, sanksiyaları bərpa etməyə hazır olduğunu açıqlayıb: "Sanksiyalar, bizim xoşlamadığımız bir şey olmayana qədər ləğv olunacaq".

Tramp, Ankaranın Suriya aid üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə, Türk poladına və Türkiyədən gətirilən digər mallara rüsumları əhəmiyyətli dərəcədə artıracağını söyləyib.

Çərşənbə günü Tramp, digər ölkələri Türkiyə ilə Suriyanın aralarındakı sərhəd üzərində nəzarəti gücləndirməyə kömək etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti