...

İran nüvə silahlarının yayılmaması müqaviləsindən çıxmadığı açıqlayıb

Dünya xəbərləri Materials 10 Noyabr 2019 14:01 (UTC +04:00)

Bakı, Trend:

İran nüvə silahlarının yayılmaması müqaviləsindən(NPT) çıxmadığı haqqında açıqlama verib.

Trend-in məlumatına görə, bu barədə bazar günü İranın xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi bildirib.

"İran hakimiyyəti hələ də NPT-dən çıxmaq qərarına gəlməyib", - deyə ISNA onun sözlərini sitat gətirib.

Qeyd edək ki, şənbə günü "İRİB" yayım korporasiyası İranın Londondakı səfiri Həmid Bəidinejad Tehranın nüvə sazişinə son qoyulacağı təqdirdə NPT-dən çıxa biləcəyi ilə bağlı bir bəyanat yaydı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti