Bakı. Trend:
Boliviya prezidenti Evo Morales istefa etdiyini açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə "Pagina 7" qəzeti bildirib.
Məlumata əsasən, keçmiş dövlət başçısının təyyarəsi Argentina ərazisində uçuş planını istəyib. Təyyarə El-Alto beynəlxalq hava limanından uçub.
Qeyd edək ki, daha əvvəl silahlı qüvvələr onu ölkədə sabitliyin təmin olunması üçün vəzifədən getməyə çağırıblar.