...

Rusiyada kollecdə atışma olub, ölənlər var

Dünya xəbərləri Materials 14 Noyabr 2019 08:03 (UTC +04:00)
Rusiyanın Blaqoveşensk şəhərində yerləşən kollecdə baş verən atışma nəticəsində iki nəfər həlak olub, daha üç nəfər yaralanıb
Rusiyada kollecdə atışma olub, ölənlər var

Bakı. Trend:

Rusiyanın Blaqoveşensk şəhərində yerləşən kollecdə baş verən atışma nəticəsində iki nəfər həlak olub, daha üç nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Amur vilayəti üzrə İdarəsindən bildirilib.

Məlumata əsasən, polisə naməlum şəxs tərəfindən yaxınlıqdakı kollecdə atəş açıldığı çatdırılıb.

Hadisə yerinə gələn polislər ikinci mərtəbədə silahla olan bir gənci görüblər. O, hüquq-mühafizə orqanların əməkdaşlarına tərəf bir neçə dəfə atəş açıb, nəticədə polis cavab atəşi açıb:

"Hadisə yerində iki gəncin, o cümlədən atəş açanın cəsədləri tapılıb. İlkin məlumatlara görə, hadisə nəticəsində üç nəfər yaralanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti