...

Morales Argentinada Boliviyanın sərhədi yaxınlığında yaşayacaq

Dünya xəbərləri Materials 14 Dekabr 2019 08:05 (UTC +04:00)
Boliviyanın sabiq prezidenti Evo Morales Argentinanın San-Ramon-de-la-Nueva-Oran şəhərində yaşayacaq
Morales Argentinada Boliviyanın sərhədi yaxınlığında yaşayacaq

Bakı. Trend:

Boliviyanın sabiq prezidenti Evo Morales Argentinanın San-Ramon-de-la-Nueva-Oran şəhərində yaşayacaq.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, E.Moralesin yaşayacağı şəhər Boliviya sərhədi yaxınlığında yerləşir.

Bildirilir ki, Boliviyanın sabiq prezidenti şəhərdə gələn həftə məskunlaşacaq və oradan öz partiyasının 2020-ci il seçkilərində prezidentlik kampaniyasına rəhbərlik edəcək.

Məlumata əsasən, orada həmçinin sabiq vitse-prezident Alvaro Qarsiya Linera və sabiq perzidentlə işləyən digər şəxslər yaşayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti