...

Sarqsyanın əmlakına həbs qoyulub

Dünya xəbərləri Materials 19 Dekabr 2019 03:17 (UTC +04:00)
Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın əmlakına həbs qoyulub
Sarqsyanın əmlakına həbs qoyulub

Bakı. Trend:

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın əmlakına həbs qoyulub.

Trend-in məlumatına görə, bunu "RİA Novosti"yə Ermənistanın Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Oqacanyan deyib.

M.Oqacanyan bildirib: "S.Sarqsyanın və "Fleş" şirkətinin rəhbəri Barseq Beqlaryanın əmlaklarına həbs qoyulub".

Daha əvvəl Ermənistanın Xüsusi İstintaq Xidməti S.Sarqsyanı dövlətin 1 milyon dollardan artıq pulunu mənimsəməkdə ittiham edib. Emənistanın sabiq prezidenti işi siyasi təqib hesab edərək ittihamları qəbul etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti