...

Kanadada naməlum şəxs atəş açıb

Dünya xəbərləri Materials 21 Dekabr 2019 08:24 (UTC +04:00)
Kanadanın Toronto şəhərində magistral yolda baş verən atışma nəticəsində 3 nəfər xəsarət alıb
Kanadada naməlum şəxs atəş açıb

Bakı. Trend:

Kanadanın Toronto şəhərində magistral yolda baş verən atışma nəticəsində 3 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə "Global News" telekanalı bildirib.

Polis yolun kənarında avtomobildə güllə yarası alan 3 nəfər aşkar edib. Onlardan 2-si kişi, biri isə qadın olub. Yaralılar xəstəxanaya yerləşdirilib, kişilərdən birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Polis xəsarət alanlara atəş açan silahlı şəxsin axtarışını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti