...

ABŞ İrana qarşı sanksiyaları ləğv etməyəcək

Dünya xəbərləri Materials 13 Yanvar 2020 07:15 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp danışıqlar başlamazdan əvvəl İrana qarşı sanksiyaları ləğv etməyəcək
ABŞ İrana qarşı sanksiyaları ləğv etməyəcək

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp danışıqlar başlamazdan əvvəl İrana qarşı sanksiyaları ləğv etməyəcək.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen deyib.

R.O'Brayenin sözlərin görə, D.Trampın administrasiyası "heç bir vəziyyətdə bunun baş verməyəcəyini" açıq şəkildə bildirib: "Bizimlə danışıqlar aparmaq istəsəniz, sadəcə danışıqlar imtiyazı üçün əvvəlcə bir şeydən imtina etməlisiniz".

ABŞ prezidentinin müşaviri qeyd edib ki, bizə danışıqlar lazım deyil: "Bizim iqtisadiyyatımız fantastikdir... Məhz iranlılara bizimlə danışıqlar lazımdır. Niyə biz birinci nədənsə imtina etməliyik?".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti