Bakı. Trend:
Əfqanıstanın şərqindəki Qəzni əyalətində "Ariana Afghan Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.
Trend-in məlumatına görə, təyyarədə 83 sərnişin olub.
Təyyarə "Taliban" radikal hərəkatının nəzarətində olan dağlıq əraziyə düşüb.
Bəzi məlumatlara əsasən, təyyarə yanmağa başlayıb.
Hadisənin digər təfərrüatları məlum deyil.