...

Dekabr ayında qəzaya uğrayan "Bek Air" aviaşirkətinə məxsus təyyarənin ikinci pilotu ölüb

Dünya xəbərləri Materials 29 Yanvar 2020 05:25 (UTC +04:00)

Bakı. Trend:

Ötən ilin dekabr ayında Almatı şəhərində qəzaya uğrayan "Bek Air" aviaşirkətinə məxsus təyyarənin ikinci pilotu ölüb.

Trend-in məlumatına görə, bu barədə "RİA Novosti"yə şəhərin səhiyyə idarəsinin mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətinin nümayəndəsi bildirib: "Bu gün "Bek Air"in qəzaya uğrayan təyyarəsinin ikinci pilotu ölüb. Saat 18.00-da Təcili Tibbi Yardım Xidmətinə pilotun vəziyyətinin pisləşməsi barədə məlumat daxil olub. Təcili yardım vaxtında gəlib, ürək fəaliyyətini bərpa etmək üçün bütün reanimasiya tədbirləri həyata keçirilib, lakin uğursuz olub".

Onun sözlərinə görə, pilot yanvarın 21-i stabil vəziyyətdə evə buraxılmışdı.

Xatırladaq ki, Qazaxıstanın "Bek Air" şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub. Onlardan 12 nəfər ölüb, 66 nəfər xəsarət alıb. Yaralananlardan 50-si xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti