...

Braziliyada neftçilər müddətsiz tətil elan ediblər

Dünya xəbərləri Materials 2 Fevral 2020 06:53 (UTC +04:00)
Braziliyanın dövlət neft və qaz şirkəti "Petrobras"ın istehsal müəssisələrində 7 mindən çox işçi milli tətil elan ediblər
Braziliyada neftçilər müddətsiz tətil elan ediblər

Bakı. Trend:

Braziliyanın dövlət neft və qaz şirkəti "Petrobras"ın istehsal müəssisələrində 7 mindən çox işçi milli tətil elan ediblər.

Trend-in məlumatına görə, bir neçə sahələr üzrə həmkarlar komitəsini birləşdirən neftçilər federasiyası, tətillərdə 55 min işçisi olan şirkətin neft qaz sahəsində çalışan personalının 12 faizinin iştirak etdiyini bildirib. Aksiya 13 həmkarlar ittifaqının iştirakı ilə ölkənin 10 ştatının 15 zavodunda keçirilir. Neftçilər, ölkənin cənubunda Parana əyalətindəki gübrə fabrikinin fəaliyyətinin dayandırılmasından və şirkətin iş vaxtlarında dəyişiklik etməsindən narazıdırlar.

"Petrobras" rəhbərliyi neft və qazın fasiləsiz istehsalını və emalını təmin etmək üçün tədbirlər gördüyünü və həmkarlar ittifaqları ilə bağlanmış müqavilələri tam yerinə yetirdiklərini bildirib.

Braziliya Milli Neft, Təbii Qaz və Bioyanacaq Agentliyinin (ANP) məlumatına görə, 2019-cu ildə ölkədə ilk dəfə olaraq 1 milyard bareldən çox neft hasil edilib. 2018-ci illə müqayisədə istehsal artımı 7,8% təşkil edib. Eyni dövrdə ölkədə 44,7 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da bir il əvvələ nisbətən 9,5% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti