...

Sinqapurda yeni növ koronavirusa yoluxanların sayı artıb

Dünya xəbərləri Materials 9 Fevral 2020 07:38 (UTC +04:00)
Sinqapurda yeni növ koronavirusa daha 7 yoluxma halı qeydə alınıb
Sinqapurda yeni növ koronavirusa yoluxanların sayı artıb

Bakı. Trend:

Sinqapurda yeni növ koronavirusa daha 7 yoluxma halı qeydə alınıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ölkədə yeni növ koronavirusa yoluxanların sayı 40 nəfərə çatıb. Daha əvvəl 33 nəfərin yoluxduğu bildirilirdi.

Bildirilir ki, qeydə alınan 7 yoluxanlardan 2-si artıq evə buraxılıb, 4 nəfərin isə vəziyyəti ağırdır.

Qeyd edək ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 811 nəfərə çatıb. 37,1 mindən artıq insan koronavirusa yoluxub, 2649 sağalıb və evə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti