Bakı. Trend:
ABŞ Çinin "Huawei" şirkətinə qarşı məhdudiyyətləri ertələməyi qərara alıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ABŞ administrasiyası ölkə şirkətlərinə Çinin telekommunikasiya korporasiyası "Huawei"ə milli təhlükəsizliyə təsir etməyən məhsulları satmağa icazə verən lisenziyanı 1,5 ay müddətinə uzadıb.
Bildirilir ki, müvəqqəti lisenziya 2020-ci ilin 1 aprel tarixinə qədər uzadılıb.