...

Türkiyə yenə silkələndi

Dünya xəbərləri Materials 24 Fevral 2020 11:23 (UTC +04:00)
Türkiyənin qərbindəki Manisa vilayətində Rixter cədvəli ilə 5 bal gücündə zəlzələ olub
Türkiyə yenə silkələndi

Bakı. Trend:

Türkiyənin qərbindəki Manisa vilayətində Rixter cədvəli ilə 5 bal gücündə zəlzələ olub.

Trend-in məlumatına görə, zəlzələnin episentri Akhisar rayonunun ərazisində yerin 7 kilometrlik dərinliyində qeydə alınıb.

Yeraltı təkanlar İzmir, Balıkesir və Bursa vilayətlərində də hiss olunub.

Hadisə nəticəsində hər hansı bir fəsad və ya itkilərin olması barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti